Top-stilist Anar Ağakişiyev məşhur simaların imicində dəyişiklik edərək, onları tanınmaz hala salmaqda davam edir.
Sonxeberler.info xəbər verir ki, stilist bu dəfə xalq artisti Məleykə Əsədovanın imicini dəyişib. Ağakişiyev komandası ilə birgə xalq artistinin saçının rəngi və formasında dəyişiklik edib.
Əl işini izləyicilərinə təqdim edən A.Ağakişiyev “Azərbaycan səhnəsinin bənzərsiz aktrisası, gözəllər gözəli, istedadlı və təkrarolunmaz xalq artistimiz 29 il fasiləsiz bizi öz möhtəşəm fəaliyyəti ilə sevindirən M. Əsədova üçün mən və gözəl komandam yeni obraz yaratmaq qərarına gəldik”, - şərhini yazıb.
Qeyd edək ki, stilist ötən günlərdə Xəzər TV-də yayımlanan “5 də 5” verilişində M.Əsədovanı dəyişmək istədiyini bildirmişdi.
Sonxeberler.info