SON DƏQİQƏ

Azərbaycanlı müğənni: "Atam 14 güllə yarası alıb"

Tarix:26-02-2018, 00:06

Müğənni Mehin Hümbətova sosial şəbəkədə Xocalı soyqırımından yazıb.

 

Sonxeberler.info xəbər verir ki, o faciə ilə bağlı görüntülərə baxanda şəhid atasını xatırladığını bildirib: "Mənim atam 1992-ci ildə Ağdərədə şəhid olub. Nə dərəcədə qəribə səslənsə də, Xocalıya aid görüntülərə baxanda Allahıma min dəfə şükür edirəm ki, nə yaxşı, atam əzabsız, mərd-mərdanə vuruşaraq ( 14 güllə yarası alıb) şəhid olub. Nifrət hissimi anlada biləcək nitqə sahib deyiləm. Kadrların təsirindən boğazım düyünlənib. Allahım, bu zülmə necə səssiz qalırsan? O görüntülər əsrlərlə bizə lazım olacaq. Qarabağı alsaq da, o görüntüləri gələcək nəslə ötürməliyik. Nəvə-nəticələrimiz də bilsinlər ki, tarix boyu soyumuza hansı əzabı yaşadıblar. Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz".

 


Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN