SON DƏQİQƏ

Boşandığı həyat yoldaşına ödədiyi sərvət şoka saldı

Tarix:19-03-2018, 13:02

“Gənc İnşaat” idarə heyətinin rəhbəri Hüseyn Gəncin oğlu Muradın boşandığı həyat yoldaşına ödədiyi təzminat müzakirələrə səbəb olub.

Sonxeberler.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Murad Gənc həyat yoldaşı Nazan (İlcan) Gəncdən Gaziosmanpaşa 1. Ailə Məhkəməsində 31 İyul 2017-ci ildə razılaşmalı şəkildə boşanıb. Muradın həyat yoldaşına verdiyi mal varlığı isə hər kəsi təəccübləndirib.

Belə ki, Nazan Gəncə 6 milyon 500 min dollar, 10 milyon sterlinq, ayda 130 min lirə aliment, Ankarada 35 daşınmaz əmlak, istədiyində hazır təyyarə və gəmi veriləcək. Murat Gənc boşandığı yoldaşına, "mal bölüşümündən doğan hüquqların, maddi və mənəvi təzminat qarşılığı" olaraq 6 milyon 500 min dollar verəcək. 2018-ci il dekabrın 21-dək ödənilməli olan bu kompensasiya üçün dörd ödəniş sənədi hazırlanıb. O, 2019-cu ilin may ayından başlayaraq hər ilin yanvar ayında  həyat yoldaşı və oğlu üçün 500 min pound olmaqla, 10 ildə 10 milyon pound ödəyəcək. Nazan Gənc soyadını dəyişməyəcək, ərə gedənə qədər ayda 100 min lirə alacaq.

Gənc Ankaranın Dikmen mahalında 35 daşınmaz əmlakı keçmiş həyat yoldaşı və oğluna verəcək. O, oğlunun adını daşıyan lüks gəmini də həyat yoldaşına təhvil verəcək.

Qeyd edək ki, “Gənc İnşaat”ın sahibi Hüseyn və Nadirə Gənc cütlüyünün oğlu Murad ilə iş adamı Orxan və Nalan İlcanın qızları Nazan İlcan 2011-ci ildə görkəmli bir toyla evlənib. Onların 4 yaşında bir oğlu var.


Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN