Müğənni Rahidə Baxışova ilə rəqqasə Fatimə Fətəliyevanın küsülü olduğu məlum olub.
Sonxeberler.info xəbər verir ki, bu haqda “Hər şey daxil” verilişinə zəng edən rəqqasə deyib. Proqramda Rahidə Baxışova heç kimlə küsülü olmadığını, hər zaman şou əhlinə salam verdiyini bildirib.
Rəqqasə isə verilişə zəng edərək müğənninin yalan danışmaqda ittiham edib: “Keçən dəfə verilişlərin birinin bayram çəkilişi idi. Rahidə məni gördü, salam vermədi”.
Müğənni isə ittihamlara belə cavab verib: “Mən xınayaxdı mərasimlərinin təşkili ilə məşğul olmağa başlamışam. Ondan sonra Fatimənin münasibəti mənə qarşı dəyişib. Bir tədbirdə ona yaxınlaşıb görüşmək istədim, arxasını çevirdi. Fatimənin dediyi çəkilişdə isə içəri daxil olan Fatimə idi, o gəlib görüşməli idi. Mən bunu açıqlamaq istəmirdim. Neçə aydır ki, susuram. Kaş, mənə zəng edərdi, aramızda həll edərdik. Ikimizin də balaları var. Allah yolumuzu açıq etsin”.
Sonxeberler.info