SON DƏQİQƏ

Aygünlə Rəqsanə bu dəfə mahnıya görə dalaşdılar – VİDEOLAR

Tarix:29-03-2018, 16:40

Müğənni Aygün Kazımovanın bu gün "Hardasan" adlı mahnısına çəkilən klipini təqdim etməsi yeni qalmaqala səbəb olub. 

Sonxeberler.info xəbər verir ki, müğənni Rəqsanə İsmayılova bu mahnını 10 il əvvəl özünün “İntizar” adı ilə ifa etdiyini və bəstəyə görə pul xərclədiyini bildirib. Sözügedən bəstəni “İnstagram” səhifəsində bölüşən Rəqsanə mahnının ona məxsus olduğuna eyham vurub. 

Məsələyə Rəqsanənin qızı Aysun da qoşulub. O, bu haqda sosial şəbəkədə yazıb:  “Bu mahnını illər əvvəl Rəqsanə İsmayilova ifa edib və mahnı anamındır. Son zamanlar onun yoxluğundan  bir çox məşhurlar istifadə edərək mahnılarını oxuyur. Deməli, Rəqsanə xanım illərdir efirlərə çıxmasa belə yaddaşlardan silinməyib”,

Mahnının bəstəkarı İsmayıl Əsədov isə Rəqsanə İsmayılovanın sözləri qarşısında səssiz qalmayıb. O, sənətçini  bəstəsinə qarşı biganəlikdə qınayıb.

Bundan başqa həmin mahnını lazımi şəkildə təbliğ etmədiyindən və sevdirə bilməməsindən bu mahnını Aygün Kazımovaya verdiyini bildirib: "Mahnının müəllif hüquqları var. Bu hüquqlar kimə aiddirsə, seçimini özü edə bilər. Hazırda mahnının bütün hüquqları məndədir. Rəqsanə xanım bu mahnını 10 ildir ki, heç yerdə səsləndirmir. Belə olduğu halda, əgər bir əsər 10 il efirə çıxmayıbsa, müəllifin hüququ var ki, onu başqasına versin. İllər əvvəl oxuduğun mahnını 2 həftə əvvəl “Youtube”a qoyarlar? Düzdür, ödəniş olunub. Amma bu ödəniş bizə yox, mahnının aranjımanına olunub. Aygün Kazımova isə musiqini yeni aranjımanda ifa edib.  Məqsədimiz bu mahnını yaşatmaqdır”. 

Qeyd edək ki, bir neçə il öncə də ikili arasında qalmaqal yaşanmışdı. A.Kazımova “Rəqsanə kimi müğənnilər efirə çıxdı, bir kəlmə söz (sponsorun sevgili olması) dedi, biz müğənnilərin hamısını vurdu yerə. Belə danışmaq olmaz axı. Rəqsanə, səndə belədirsə, o demək deyil ki, hamıda belədir. Təbii ki, hər kəs öz arşınına görə ölçür. Dediyin söz, başqaları üçün təhqir olur”, - sözlərini deyərək Rəqsanəni özündən çıxarmışdı.

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN