Xalq artisti Flora Kərimova maraqlı açıqlama verib.
Sonxeberler.info xəbər verir ki, müğənni Murad Arifin “Qızım” klipinin təqdimatına qatılan sənətkar qız uşaqlarına qarşı olan şiddətdən danışıb: “Yaxşı ki, övladlarımız var. Qız övladlarının qədrini bilmək lazımdır. Qız övladına qarşı münasibət birmənalı deyil. Nə qədər insan savadsızdır ki, onlar övladın cinsiyyətinin kişidən asılı olduğunu bilmir? Övladlarınızı sevin. Bir dəfə bir tədbirdə dedim ki qızı olmayan ailə sonsuzdur. Bir şkaf boyda qadın əli belində üstümə cumdu. Dedilər ki, onun 4 oğlu var. Dedim, sizə qurban olum, məni buradan çıxardın. Qalsaydım, döyüləcəkdim. Qızı olan ailə, ana xoşbəxtdir. Qızım mənə xaricdən gündə 2 dəfə, oğlum 1 dəfə zəng edir. Anaya qız övladının canı daha çox yanır. Ona görə qızlarınızı küçəyə atmayın, onlara qarşı şiddət göstərməyin”.
Sonxeberler.info