Türkiyənin tanınmış aktyoru Burak Özçivit növbəti filmindən də gözlədiyi nəticəni əldə edə bilməyib.
Sonxeberler.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Murat Bozla baş rollarını bölüşdüyü “Kardeşim benim-2” filmi istədiyi nəticəni verməyən B.Özçivit “Can fəda” filmini təqdim edib.
Onun növbəti filmi də tamaşaçılar tərəfindən izlənməyib. Onun 13 milyon lirə itirdiyi deyilir.
Qeyd edək ki, B.Özçivitin “Kardeşim benim-1” filmi izlənmə rekordu qırdığı üçün aktyor kino sahəsində növbəti addımlar atmağa başlamışdı.