“Erkençi kuş” serialında baş rolu bölüşdüyü Can Yamandan ayrılan aktrisa Demet Özdemir yenidən şəxsi həyatı ilə gündəmdədir.
Musavat.com xəbər verir ki, adı aktyor Kaan Yıldırım ilə anılan aktrisa haqqında yayılan xəbərlərə aydınlıq gətirib.
“Kaan mənim çox yaxın dostumdur. Sadəcə dost qrupumuzla bir araya gəldik. Uzun müddətdir ki, xəyalını qurduğum tətili edirəm. Evdə Kaanla tək deyildik, dostlarımız da bizimlə idi. Söhbət edərkən fotolarımız çəkilib”, - deyərək yayılan xəbərlərin yalan olduğunu bildirib.
Qeyd edək ki, aktyorla Demet aktrisanın villasında söhbət edərkən görüntülənmişdi.
Kaan Yıldırım Demetin keçmiş sevgilisi Seçkin Özdemirlə dostdur. Yıldırımın keçmiş sevgililəri barışdırmağa çalışdığı da yayılan iddialar arasındadır.