Aparıcı Cavid Gül intihar hadisələrinin sosial şəbəkədə müzakirə olunmasına etiraz edib.
Musavat.com xəbər verir ki, aparıcı bildirib ki, bu cür paylaşımlar insanların intihara marağını artırır: “İntiharı reklam etməyin, intihar edənləri qəhrəmanlara çevirməyin. Depressiv və digər problemli gənclər bu qədər diqqəti görüb, bu yola əl atır. Həyata bir dəfə gəlir insan, ikinci şansın yoxdur. Bu hədiyyəni düzgün istifadə edin”.
Qeyd edək ki, Zaqatala rayon Əliabad qəsəbəsində 17 yaşlı qızın ailəsi tərəfindən zorla nişanlandığı üçün intihar etməsi ilə bağlı yayılan xəbər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.