"Eurovision" qalibi Nigar Camal "Jara" musiqi festivalından uzaqlaşdırılması barədə yayılan məlumatlara aydınlıq gətirib.
Musavat.com xəbər verir ki, ifaçı bildirib ki, Stas Mixayılovla dueti əvvəlcədən planlaşdırılıb: “Hər ikimizin fonoqram üzərində canlı ifası nəzərdə tutulmuşdu. Lakin Bakıda səsyazma studiyasında Stas Mixayılovun mahnısı mənim səsim ilə yazılsa da, səsin yazılma keyfiyyəti qarşı tərəfi qane etmədi. Festivalın keçiriləcəyi gün isə mənə Stas Mixayılovun fonoqram üzərində canlı, mənim isə təkcə canlı ifamın olacağı deyildi. O zaman həmkarım ilə səsimin arasında böyük fərq yaranacağını bildirdim və Stas Mixayılovla səhnəyə çıxmaqdan imtina etdim. Bu məsələyə görə "Jara" festivalından uzaqlaşdırılmağım və səhnəyə çıxmağımın qarşısının alınması məsələsi absurddur. "Jara" təşkilatçıları ilə komandamız arasında heç bir problem yaranmayıb. Hər kəsə təşəkkürlər”.
Qeyd edək ki, yayılan xəbərlərə görə Nigar Stas Mixayılovla duet oxumadığına görə festivaldan kənarlaşdırılıb.
Lakin Nigar Camal 26 iyul gecəsi səhnəyə çıxıb və "Я в твоем плену" mahnısını ifa edib.