SON DƏQİQƏ

"Arvad yaylığı bağlayıb, ona-buna şillə vururlar. Özünüzə hörmət edin"

Tarix:3-02-2020, 15:54

Aktyor Fərda Xudarverdiyev sosial şəbəkədə ona tənqid və təhqir yazan şəxslərdən şikayətlənib.

Axşam.az bildirir ki, sənətçi bu barədə "ATV maqazin onlarla" verilişində danışıb:

"Onlarda qan yerinə maşın yağı axır. Gecə-gündüz fikirləşirlər ki, kimisə söyüm. Biri yazıb ki, Fərdanı öldürərəm. İlahi, adam bu qədərmi çirkin olar? Dedim onda belə çıxır ki, sən Elməddini çiy-çiy yeyərsən. Məni öldürən adam ona nələr etməz? Qızdırıb şişlə dağ basar".

F.Xudaverdiyev "stand up"ı "özünəhörmət janrı" adlandırıb:

"Mənim rəqibim yoxdur. Rus və türk "stand up"larına baxıram. Bu, gözəl formatdır. Ən azından gəncləri bura cəlb etmək var. Otursun evində söhbət etsin, arvad yaylığı bağlayıb, ona-buna şillə vurmasın. 15-16 yaşlı uşaq dodaq boyası çəkir, üzünə xal qoyur. Bunu qurtarın da. Özünüzə hörmət edin".скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN