Azərbaycanın məşhur aşığı Ədalət Nəsibovun səhhətinin pisləşdiyi və əməliyyat olunacağı ilə bağlı məlumat yayılıb. Məlumatı aydınlaşdırmaq üçün SonXəbərlər-in əməkdaşı aşığın oğlu Hekayət Lətifov ilə əlaqə saxlayıb.
H.Lətifov atasının səhhətinin yaxşı olduğunu, yalnız müayinə üçün Türkiyəyə aparılacağını deyib: “Hazırda səhhəti normaldır. Yalnız bəzi problemləri, ürəyində ağrıları olduğundan müayinə üçün Türkiyəyə aparırıq. Həkimlərin müayinəsindən sonra əməliyyata ehtiyac olub-olmadığı aydınlaşacaq”.
Qeyd edək ki, 78 yaşlı aşıq Ədalət Nəsibovun ötən il də səhhətində ciddi problemlər yaranmışdı. Aşıq səhhətinin yaxşı olmadığını, ayaqlarının tutulduğunu bildirmişdi.
M.Quliyev