“Eurovision-2017” təmsilçimiz Dihaj konsert verməyə hazırlaşır.
SonXəbərlər xəbər verir ki, ifaçı “The End of Sunrise” adlı solo konsert proqramı ilə ilə Yaşıl Teatrda çıxış edəcək. Belə ki, 14 iyul, saat 21:00-da baş tutacaq konsertin xüsusi qonaqları Azərbaycanın əməkdar artisti, Beynəlxalq caz festivalının qalibi İsfar Sarabski və ölkəmizin “Eurovision” təmsilçisi, "O Ses Türkiye"nin qalibi müğənni Elnur Hüseynov olacaq.
Gecədə “Dihaj” qrupunun "TEOS" adlı debüt albomunun təqdimatı keçiriləcək. Həmçinin konsert proqramında Dihaj ilə İsfar Sarabskinin və Elnur Hüseynovun birgə mahnıları səslənəcək. Bundan başqa Dihaj sevənlərinə əvvəllər heç bir yerdə səslənməyən yeni musiqilərini təqdim edəcək.