Türkiyənin məhşur aktyoru Çağatay Ulusoy ekrana yeni layihə ilə geri dönəcək.
SonXəbərlər Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Dəliormanlı türk güləşçisi" olaraq adlandırılan "Qoca Yusif" obrazına həyat verəcək. 1856-1898-ci illərdə dünya tərəfindən tanınan, məşhur türk güləşçisi Qoca Yusifin həyat hekayəsi film ssenarisi kimi qələmə alınıb. Artıq film üçün hazırlıqlar başlayıb.
Çağatay Ulusoy isə 25 milyon lirə büdcəsi olan filmin baş rol oyunçusu olacaq. Sözügedən layihə üçün 1 milyon lirə alacağı iddia edilən aktyor Qoca Yusif obrazını canlandırmaq üçün artıq çətin hazırlıq prosesinə başlayıb. Çağatay Ulusoya 144 kiloluq güləşçiyə bənzəmək üçün xüsusi diet və idman proqramı hazırlanıb. Kanadada başlayan film çəklişləri Amerika və Türkiyədə davam ecədək.