Aktrisa Beren Saat ”Ədalət Yürüyüşü”nü reallaşdıran CHP lideri Kamal Kılıçdaroğluna təşəkkür edib.
SonXəbərlər Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa yürüşdən foto paylaşaraq Nazim Hikmətin misralarını yazıb: "Yaşamaq - bir ağac kimi tək və hür. Və bir meşə kimi qardaşcasına... Təşəkkürlər, hörmət və sevgilər”.
Qeyd edək ki, bir neçə il öncə Berenin qayınanası Serpil Doğulu onun siyasi statuslarından narahat olduğunu bildirmişdi. Gəlininə iradını bildirdiyi üçün isə onlar arasında mübahisə yaşanmışdı.