Xalq artisti Aygün Kazımova tərəfindən modelyer Şəlalə Maqsudovanın sənətçi haqqında səsləndirdiyi ittihamlara cavab gəlib.
Sonxeberler.info saytına açıqlama verən Kazımovanın mətbuat katibi İsa Şükürov bildirib ki, sözügedən ittihamlar əsassızdır: “Aygün Kazımova heç vaxt kiminsə haqqına girməz. Şəlalə xanımın hazırladığı geyimdə Aygün xanım foto çəkdirərək paylaşıb. Amma libasın ona məxsus olması inkar edilməyib. Orada qeyd olunmayıb ki, bu paltar Rüfət İsmayılındır. Kim deyib ki, bu Rüfətindir? Yazılıb ki, stil Rüfət bəyə məxsusdur. Yəni geyimə, ayaqqabıya, makyajın necəliyinə o, qərar verib. Bir sözlə, ittihamlar əsassızdır”.
Qeyd edək ki, Ş. Maqsudova mətbuata açıqlamasında xalq artisti haqda belə demişdi: “Aygün Kazımovanın qızı İlqarəyə tikdiyim paltarı 9 ay əvvəl öz səhifəmdə paylaşmışam. Mənə dedilər ki, Aygün xanım sənin hazırladığım geyimdə fotosessiya edib və fotonun altına başqa dizaynerin (Red: Rüfət İsmayıl) adını qeyd edib. Aygün xanım mənə ultimatum göndərib ki, bu geyimin şəklini öz instaqram səhifəmdən silim.
Niyə öz əllərimlə tikdiyim paltarı hesabımdan silim? Mənim hazırladığım geyim niyə başqasının adına çıxsın ki? Haqqıma girənlərə haqqımı halal etmirəm, ayıb olsun”.