Hollivudun tanınan kino ulduzu Antonio Banderas sevgilisi Nikol Kempellə evlənməyə hazırlaşır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 56 yaşlı aktyor bu yaxınlarda 37 yaşlı sevgilisinə evlilik təklifi edib. Mənbələrin məlumatına görə, Nikol aktyorun təklifinə razılıq verib.
Maraqlıdır ki, evlilik təklifi etməzdən əvvəl Antonio Nikolu keçmiş həyat yoldaşı Melani Qriffitlə tanış edib. İddialara görə, Antonio Banderas bunu eks xanımının razılığını almaq üçün edib. Lakin toyun nə vaxt olacağı hələki məlum deyil.
Xatırladaq ki, Qriffitlə Banderas 18 illik nikahdan sonra, 2014-ci ildə boşandıqlarını elan edib. Onların nikahından Melani və Antonio bir qızı var.