SON DƏQİQƏ

Tacir Şahmalıoğlu: “Köhnə palan içi tökməyin nə yeri var axı... “

Tarix:4-10-2017, 14:54

“Fədayə Laçının qız uşağı olub-olmaması haqqında elə bir şey danışmamışam. Üstəlik, onu da deməmişm ki, mənə qədər bir neçə kişi ilə tanış olub. Bu danışılası söz deyil axı”.

Bu sözləri müğənni Tacir Şahmalıoğlu musavat.com-un əməkdaşına açıqlamasında bildirib. Müğənni bildirib ki, həmkarı haqqında onun adından deyilən sözlər düz deyil:

“And olsun ki, bu söhbətlər yalandır. Mən Fədayə haqqında həmişə yaxşı fikirdə olmuşam. Sadəcə, bu jurnalistlər həmişə yaxşını qoyub, pisi verirlər. Buna görə neçə illərdir ki, mən mətbuatdan qaçıram, bilirəm ki, orada dediklərimizi düz yazmayacaqlar. Düz yazın da bunu. Bir daha qeyd edirəm, Fədayə haqqında mən heç vaxt pis fikirdə olmamışam, olmayacam da. Sadəcə olaraq, məndən jurnalist soruşdu ki, “Siz duet ortağı olmusuz, ayrılandan sonra sevgili həyatı yaşamısız?”. Mən də dedim ki, onunla sevgili həyatım olmayıb. Onunla duet ortağı olmuşam sənət baxımından bəzi qadağalar qoymuşam ki, “əgər mənimlə işləyirsənsə filan toya getməməlisən, belə otur, belə dur”. Yəni ancaq bu haqda demişəm”.

Tacir Şahmalıoğlu qalmaqalla bağlı sonradan həmkarı ilə əlaqə saxladığını da vurğulayıb:
“Dünən Fədayə xanıma özüm zəng edib dedim ki, belə çox da qıcıqlanmasın, çünki jurnalistlər səhv yazırlar. Mən Fədayəni çox sevirəm, o mənim duet ortağım, sənət yoldaşım olub, çox da hörmətim var. Sadəcə olaraq, mənim də oğlum, qızım böyüyüb, onun da oğlu böyüyüb. İndi köhnə palan içi töküb, hardasa bəzi şeyləri ortaya gətirməyin nə mənası var axı? Keçmişdə nə olubsa, qalıb keçmişdə”.

Müğənni hazırda da həmkarı ilə birlikdə el şənliklərində iştirak etdiyini deyib:
“Biz indi də bəzi el şənliklərində onunla görüşürk, ifa da edirik. Bilmirəm Fədayə Laçın nə deyib, amma mən deyirəm ki, biz sevgili olmamışıq, sadəcə, duet ortağı olmuşuq”.

Xatırladaq ki, müğənni Tacir Şahmalıoğlu bu günlərdə “APA TV”-nin efirində duet ortağı Fədayə Laçın haqqında qalmaqallı açıqlamalar verib: “Bəlkə Fədayə xanım mənim sevirmiş, mənim bundan xəbərim olmayıb. Fədayə xanım çox şey deyə bilər. Mən onunla sevgili olmamışam. Sevmək? Sevmək ancaq qızla oğlan arasında olur. Qız uşağı olanda olur. O mənə qədər bir neçə insanla tanış olub. Mən onunla necə sevgi yaşaya bilərəm ki? Fədayə çox şey deyə bilər. Amma mənim ailəm var”.

Məsələyə münasibət bildirən Fədayə Laçın isə milli.az saytına açıqlamasında həmkarının onun haqqında bu cür sözlər dediyinə inanmadığını bildirib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN