SON DƏQİQƏ

Natavan: “Bahalı və kaprizli aktrisayam”

Tarix:5-10-2017, 17:00

Aktrisa Natavan Əfəndiyeva filmlərdə rol almamasının səbəbini açıqlayıb. SonXəbərlər-ə suallarına cavab verən aktrisa ona uyğun ssenari yazılmadığını deyib:

-Flmləri rejissorlardan soruşmaq lazımdır. Maraqlı iş təklif etmirlər. rejissorlar yaxşı işləmirlər. Gəlib danışıqlar aparırlar, sonra itirlər.
Yaxın günlərdə Əlixanla bir filmə çəkilməliyik. Vüqar İslamzadə çəkəcək. Maraqlı ekran işi olmalıdır. Danışıqlar aparmışıq. Cavab gözləyirik.

- Arzuladığınız obraz varmı?

- Narkoman və psixoloji problemləri olan qız obrazını canlandırmaq istəyirəm. Mənim üçün çox maraqlı obrazlardır. Mənim simam avropasayağıdır. Mənə kəndli qız obrazını təqdim etmişdilər, çəkilməyi çox istəyirdim. Sonra rejissor dedi ki, sən çox baxımlısan, bu rola yaramırsan. Simama görə hər obrazı canlandıra bilmirəm. Bir də mən çox kaprizliyəm. hər rejissor dözmür.

- Rejissorları dözümsüz edən hansı kaprizlərinizdir?

- Çəkilişə gələn kimi isti çayım və ya kofem masama gətirilməlidir. Acmışamsa, yeməyim hazır olmalıdır, o an yemək yeməliyəm. Soyuqda çox qala bilmərəm. Mən işimi peşəkar görürəmsə, mənə qarşı diqqət olmalıdır. Heç vaxt mətnlə bağlı problem yaşamamışam, bir kadr dəfələrlə çəkilməyib. Maksimum 4 dubl çəkmişik.

- Natavan bahalı aktrisadır?

- Bəli, hər dəfə qonorara görə problem yaşayıram. Layiq olduğum pulu verməyəndə çəkilmirəm.

- Gənc həmkarlarınızdan kimi bəyənirsiniz?

- Aktrisa Günəş Mehdizadəni çox bəyənirəm. Başqa bəyəndiyim yoxdur. Sənətkarlardan Amaliya Pənahovanı sevirəm. Özümü oxşada biləcəyim qadın Ancelina Colidir. Onun obrazları mənə yaxındır. Mənim oynaya bilməyəcəyim rol yoxdur. Oynamaq istəmədiklərim var. Komediyada çəkilmək istəmirəm. ATV-də yayımlanan bir seriala dəvət etdilər məni. Dedim ki, komediya istəmirəm. Bildirdilər ki, mənə uyğun ssenari yazılacaq. Getdim, dedilər, yun torbasını götür qaç. Razılaşmadım. Çünki bu rol mənə uyğun deyil.

- Belə başa düşdüm ki, sərhədləriniz yoxdur.

- Yoxdur. Açıq-saçıq səhnələrə də çəkilərəm. Mənim üçün “olmaz” sözü mövcud deyil. Aktrisayam, hər obrazı canlandıra bilərəm. Bu mənim həyatım deyil. Öpüş, yataq səhnəsinə çəkilərəm. Təki iş gözəl alınsın. Mənim kompleksim yoxdur. Bədənimi, böyük burnumu sevirəm. Mənə necə rahatdırsa, elə yaşayıram.

- Türkiyənin məşhur aktrisası Hülya Avşar deyib ki, ancaq görünüşünü bəyəndiyim aktyorla öpüşərəm. Sizin belə tələbləriniz varmı?

- Heç vaxt yaraşıqsız bəylə kamera qarşısına keçməmişəm. İbrahim Çingiz də, Rüstəm Cəbrayılov da yaraşıqlıdır. Aktyora görünüşünə görə qiymət vermirəm.

- Bir müddət öncə yeni fotosessiyanızı sosial şəbəkədə bölüşdünüz. Reaksiyalar necə oldu?

- Yayda cəsarətli fotosessiya etmişdik. Fotoları Zeynal Məmmədli çəkmişdi. Sadəcə olaraq fotolarımı gec təqdim etdi. Bir dənə də fotosessiyamız var. Çox açıq-saçıq olacaq. Mən utanmıram bu cür şəkillər çəkdirməkdən. Tənqidlər həmişə olub, olacaq. Mən tənqidi çox sevirəm. Ona görə də çalışıram. Sosial şəbəkədə yazılan bütün şərhləri oxuyuram. Mənim üçün normaldır. Bəzən təhqirlər də olur. Onları görməzdən gəlirəm.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN