SON DƏQİQƏ

Ülfət: “Kaprizli deyiləm. Əsas odur ki...”

Tarix:4-10-2017, 17:00

Aktrisa Ülfət Bəşir rol aldığı “Baldız” serialından danışıb.

SonXəbərlər-in  suallarına cavab verən aktrisa çəkilişlərin maraqlı olduğunu bildirib:

“Ən uğurlu işim “Stalinin başı” komediyası olub. O filmdən sonra tanındım. Ondan öncə seriallara da çəkilmişdim. Ilk dəfə komediya janrında olan seriala çəkilirəm. Adı “Baldız”dır. Çəkilişlər çox maraqlıdır. Punktual iş gedir, peşəkar kollektivdir. Aktyorlara diqqət edirlər, böyük hörmət var bizə. Tərəf müqabilim Dilarə Əliyevadır. O olmayanda darıxırıq.

Bundan başqa film təklifləri də olub, amma qəbul etməmişəm. Çünki eyni ampulada qalmaq istəmirəm. Artıq tamaşaçılar komediyaya üstünlük verir. Gündəlik qayğılar insanları yorub, onlar hər şeydən uzaqlaşıb 2 saat gülmək istəyirlər. Özümə əks olan obrazda oynamaq istəyirəm. Öz komfortumdan çıxıb, fərqli rola girmək istəyirəm.

- Hər zaman baxımlı, müasir görünüşlü Ülfət bir kəndli qızı və ya baxımsız bir xanımı canlandıra bilərmi?

- “Stalinin başı” filmində qısa bir epizod vardı, kəndli qızı canlandırmışdı. Fərqli hiss idi. Hər bir obrazı canlandıra bilərəm. Yetər ki, yaradıcı heyət peşəkar olsun.

- Tənqidlərə münasibətiniz necədir?

- Aktrisalığımla bağlı heç vaxt tənqid eşitməmişəm. Çox vaxt geyimlərlə bağlı tənqid olunuram. Tənqidə normal baxıram.

- Geyim seçərkən nələrə diqqət edirsiniz?

- Əsas odur ki, o paltarı geyinəndə özümə inamım yüksək olsun. Rahatlıq mənim üçün vacib deyil. Gözəl və inamlı görünməliyəm.

- Bəzən tanınmış xanımları efirdə, tədbirlərdə çox baxımlı görürük. Amma adi həyatda baxımsız və zövqsüz görünürlər.

- Mütləq deyil ki, uzun, boyalı dırnağın olsun. əsas odur ki, dırnağın təmiz olsun. Uzun dırnaqlarımı çox zaman çıxardıram. Universitetə gedəndə sadə geyinirəm, makyaj demək olar ki, etmirəm. Pinti xanımları sevmirəm.

- Bəs tədbirlərdə, çəkilişlərdə çıxılmaz vəziyyətə düşdüyünüz olub?

- Çıxılmaz vəziyyətə düşməmişəm. Çəkiliş vaxtı nə paltar gətiriblər geyinmişəm. Çox zaman qrimi özüm edirəm. Amma rejissor nə deyibsə, etmişəm. Kaprizli biri deyiləm. Əsas odur ki, məsuliyyət olsun.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN