Müğənni Elnur Məmmədov xalq artisti Aygün Kazımovanın ötən ay Kristal Hall-da baş tutan konsertindən danışıb.
SonXəbərlər-in açıqlama verən müğənni gecənin möhtəşəm keçdiyini bildirib:
“Aygün Kazımova həmişə müğənnilərə stimul verib. Ondan sonra hamı həvəsə gəlib. Mənə bunu niyə söylədirsiz? Çox gözəl konsert keçdi, möhtəşəm gecə idi”.
İfaçı Natavanın Kazımovaya konsert öncəsi atmaca atmasına isə münasibət bildirmək istəməyib: ”Mən heç vaxt başqa müğənnilər haqda danışmamışam. Natavanın Aygün Kazımovaya yazdıqlarından xəbərim var. Bu haqda danışmaq istəmirəm”.
Qeyd edək ki, Natavan Həbibi həmkarını onu təkrarlamaqda ittiham edib:
“Və budur, düz 6 gündən sonra möhtəşəm “Crystal Hall” səhnəsindəki konsertimizin baş tutmasının 3 ili tamam olacaq. Belə səhnələrin yalnız xaricdə deyil, Azərbaycanda da olması incəsənətimizə verilən dəyərin göstəricisidir. 2014-cü ilin yaradıcılığımda “Konsert ili” elan etmişdim. İstədim bir az keçmişə qayıdaq, nə də olsa, tarix təkrarlanır”.
Həbibinin sözləri Kazımovanın fanatlarını əsəbləşdirib. Hər iki məşhurun fanatları arasında mübahisə yaşanıb. Bu səbəbdən şərh bölümünü bağlayan Natavan daha sonra ikinci paylaşım edərək hər kəsə uğur diləyib:
“Öncəki statusum bu qədər marağa, söz-söhbətə səbəb olacağını bilsəydim, çoxdan paylaşardım. Bu mənim yaradıcılığımdakı işlərimdən biridir, onu istənilən vaxt yaymağa haqqım var. 3, 5 və ya 10 il sonra…Və zaman anlayışı kimdəsə narahatlıq yaradırsa, o da şəxsi işləridir. Hər kəsin yaradıcılığında müvəffəqiyyətlər.
Allah heç kəsin əziyyətini yerdə qoymasın. Narahatlığa nə səbəb, nə də yer yoxdur. Kiminsə əziyyətini kiçiltməyək. Bu işin nə qədər çətin, əziyyətli və bahalı olduğunu bizdən başqa kimsə bilə bilməz”.