SON DƏQİQƏ

Türkiyə mətbuatı Pərvin Səfərovdan yazdı: “Milyonlarla insan onu sevdi”

Tarix:9-10-2017, 14:10

Məlum olduğu kimi bu gün “O səs Türkiyə” yarışmasına ifaları ilə məşhurlaşan azərbaycanlı çoban Pərvin Səfərov da qatılıb.

 

İfaçının böyük səhnədəki ifasından sonra Türkiyə mətbuatı ondan yazıb.

 

Mətbuatda onun hekayəsi bu cür qeyd edilib: ““O səs Türkiyə” səhnəsinə çıxan azərbaycanlı Pərvin Səfərov “Nazəndə sevgilim” mahnısı ilə hər kəsi özünə heyran etdi. Əslində, Türkiyə onu çox yaxından tanıyır. Pərvin Səfərov qoyun otararkən oxuduğu “Nazəndə sevgilim” mahnısı ilə Türkiyədə, xüsusən, Facebook-da böyük kütlə arasında özünə sevgi qazanmışdı. Və bu gün “O səs Türkiyə”nin yeni sezonunun 2-ci bölümündə yer aldı. Türkiyədə milyonlarla insan onun ifasını sevdi. Facebook sosial şəbəkəsində məşhurluq qazanan “Nazəndə sevgilim” mahnısıni böyük səhnədə ifa edən Pərvin Səfərov Yıldız Tilbedən başqa bütün jürini özünə heyran etməyi bacardı. Öncə Murat Boz, ardınca Göhkan və son olaraq Hadisə azərbaycanlı gəncə olan heyranlıqlarını bildirdilər. Yıldız Tilbe isə “Seçəcəyim insanın türkcə yaxşı danışmasını istəyirəm” deyərək niyə çevrilmədiyini izah edib. Lakin bunun ardınca onun çox gözəl səsi olduğunu və onu çox bəyəndiyini deyib. Azərbaycanlı gənc isə Murat Bozu seçib”.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN