SON DƏQİQƏ

“İnciməsinlər” - Zamiq konsertinə sənət dostlarını çağırmadı

Tarix:17-11-2017, 13:17

ARB Ulduz-un “Virtual həyat” proqramının budəfəki qonağı müğənni Zamiq Hüseynov olub.

Klassik üslubda konsert verəcəyini söyləyən müğənni Zamiq Hüseynov bu konsertin onun uşaqlıq arzusu olduğunu xüsusi vurğuladı.

“Tamamilə klassik üslubda bir konsert olacaq. Bu, mənim uşaqlıq arzum idi. Uşaqlıqdan ifaçılığa başlayanda klassik musiqilərə qulaq asırdım. Mən həmin mahnıları sevərək, bu sənətə gəlmişəm”.

Belə məlum olur ki, Zamiq əvvəlki konsertlərindəki kimi hərəkətli olmayacaq. Klassik musiqilərin qəti hökmü onu daha çox, yerində dayanmağa məcbur edəcək.

“Bu konsertimdə nə oynamaq var, nə artıq danışmaq var, nə səhnədə mikrofonu əlinə alıb harasa dönmək var. Klassik bir mikrofon, sən də dayanıb həmin mikrofonun qarşısında mahnılarını ifa edirsən”.

Zamiqin həmkarları evdə oturub müğənninin onlara dəvətnamə göndərməsini gözləməsinlər.

“Mənim sənət yoldaşlarım inciməsinlər, heç kimə dəvətnamə verilməyib”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN