Elşad Xose iki illik fasilədən sonra yaradıcılığında yenilik edib.
Musavat.com xəbər verir ki, reper uzunmüddətli yaradıcılıq fasiləsindən sonra şou-biznesə qayıdıb.
O, müğənni Daliya ilə duet ifa edib. Şou-biznesdə yenicə addımlamağa başlayan Daliya üçün yazılan “Yenə də telefon” mahnısının sözləri Elşad Xoseyə, musiqisi Oqtay Nəbzə, mix və masterinqi isə Oleq Naumova aiddir.
Qeyd edək ki, Daliya “Səninəm”, “Sevirəm”, “O səni sevmir” kimi mahnıların ifaçısıdır.