Qalmaqallarla dolu “Maşın” şounun qalibi bəlli olub.
Musavat.com xəbər verir ki, finala müğənnilər Xatun ilə Talıb Talenin qaldığı şounun bu axşam saat 22:00-da final günü baş tutacaq.
Sosial şəbəkədə yayılan məlumata görə, artıq müğənni Xatun əlini maşından çəkib və Talıb Tale qalib olub. Ona 60 min dəyəri olan "Nissan Altima Restyle" avtomobili hədiyyə ediləcək.
Qeyd edək ki, ATV-də efirə gedən “Xanımlar və cənablar” sloqanlı şouda 18 məşhur iştirak edirdi. Onlardan 9-u qadın, 9-u isə kişi idi.
Həmin iştirakçıları Arif Quliyev, Nazim Pişvəri, Vüsalə Kərimova, meyxanaçı Vüqar, Tünzalə Əliyeva, Xatun Əliyeva, İlqar Mikayıloğlu, İlkin Misgərli, Ülviyyə Alovlu, Vüqar Muradov, Zemfira Adgözəlova, Rauf Əhmədov, meyxanaçı Samirə, Günel Ələkbərova, Talıb Taleh, Elşad Xose, Vüsalə Əlizadə, Mehriban Xanlarovaydı.




