“Doğruxəbər.net”internet qəzetinin müxbiri və Azərbaycan Demokrat Partiyasının fəal üzvü olan Cəmilə Səfərəliyeva bugün səhər saatlarında naməlum şəxslər tərəfindən zorla qaçırılıb. Bu barədə redaksiyamıza məlumatı onun rəfiqəsi Gülnarə Məmmədova verib.Onun sözlərinə görə Cəmilə Səfərəliyeva ilə dayanacağa tərəf gedərkən anidən saxlayan “Tayota”markalı maşından düşən 3 qolu zorlu adamlar Cəmilə xanımı zorla maşına basıb qaçırdıblar.Hadisənin canlı şahidi olan Gülnarə xanim bildirib ki, səs küyə ətrafdakı insanlar toplaşıb və həmin şəxslərə qarşı çıxmaq istəyərkən onları hədələdilər,təhdid etdilər və maşın sürətlə həmin yerdən uzaqlaşdı. Xatırladaq ki,Cəmilə Səfərəliyeva Doğruxəbər.net internet qazetinin müxbiri ve eyni zamanda Azərbaycan Demokrat Partiyasının fəal üzvüdür. Gülnarə xanım güman edir ki, Cəmilə xanım elə bu səbəbə görə və hakimiyyətə qarşı yazdığı tənqidi köşə yazılarından dolayı oğurlanıb.