Video açılmırsa, YouTube-dan izləyin.
Ötən gün polis tərəfindən saxlanmış və dronu müsadirə olunmuş bloqçu Mehman Hüseynov saxlanmasının qanunsuz olduğunu bildirir və bu məsələnin vəkilləri tərəfindən mübahisələndiriləcəyini deyir.
Mehman Heseynov və digər bir bloqçu - Ülvi Həsənli bazar günü Abşeron rayonu ərazisində hüquq mühafizə orqanları tərəfindən saxlanıblar və bir neçə saat sonra sərbəst buraxılıblar.
Daxili İşlər Nazirliyi yerli mediaya bildirib ki, Mehman Hüseynov icazəsiz olaraq dron əldə etdiyi üçün saxlanılıb. Qurum bildirib ki, onlara Mehman Hüseynovun istifadəsinə xüsusi icazə tələb olunan dron aparatını ölkəyə gətirməsi barədə əməliyyat məlumatı əldə olunub. Onun saxlanması da məlumatın yoxlanması məqsədilə olub, nazirlik deyir. Qurum dron aparatının müsadirə edildiyini təsdiqləyib və hazırda araşdırma aparıldığını bildirib.
Bloqçu hesab edir ki, dron aparatından istifadəsində heç bir qanunsuzluq yoxdur. (bbc.com)