Video açılmırsa, YouTube-dan izləyin.
Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Fransada mühacir olan YouTube bloqçusu Məhəmməd Mirzəlinin bıçaqlanması barədə bəyanat dərc edib.
Təşkilat bildirib ki, bloqçuya Fransada, yaşadığı Nantes şəhərində bıçaqla hücum edilib və ona ən az 16 bıçaq zərbəsi vurulub.
Məhəmməd Mirzəli Azərbaycanda YouTube-da Azərbaycan hakimiyyətindəki şəxsləri korrupsiyada günahlandıraraq söyməsi, təhqir etməsi, onların alçaldıcı görüntülərinin montaj edərək hazırlaması ilə tanınıb.
Jurnalistləri Müdafiə Komitəsi Fransa hakimiyyətini Məhəmməd Mirzəliyə qarşı olan hücumunu araşdırmağa və günahkarları tapmağa çağırıb.
Məhəmməd Mirzəli haqqında məlumatları təsdiq edən, hazırda Almaniyada mühacir olan jurnalist Əfqan Muxtarlı deyib ki, Məhəmməd Mirzəli ilə xəstəxanada olanda telefonla danışa bilib.
Əfqan Muxtarlı deyib ki, ona 16-17 bıçaq xəsarəti yetirilib və vəziyyəti ağır olub.
Əfqan Muxtarlı BBC News Azərbaycancaya deyib ki, onunla danışanda Məhəmməd Mirzəli iddia edib ki, onun bıçaqlanmasının arxasında Azərbaycan hakimiyyəti dayanıb. (bbc.com)