Əməkdaşımız "SonXeberler" ictimai siyaı qəzeti təsisçi Omarov Ədalətin ailəsindən verilən məlumata görə son günlər bir neçə dəfə özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər ilk öncə onlara telefon açaraq Ədalətin polisə gəlməsini tələb etmişlər. Ötən gün isə bir neçə mülki geyimli şəxs Ədalətin yaşadığı evə gələrək onun harada olması ilə maraqlanmışlar. Onun nəyə görə polisin çağırışlarına məhəl qoymayaraq, polisə gəlmədiyini soruşmuşlar. Ədalətin evdə olmadığını bilən həmin şəxslər onun harada olsa da tutub polisə aparacaqlarını bildirmişlər. Ədalətin ailəsindən həmçinin bildirmişlər ki, bundan əvvəl Ədaləti 02 okrtyabır 2013 il tarixində polisdən çağırış gəlib. Lakin, Ədaləti polisin çağırışına məhəl qoymayaraq izahat verməyə gəlməmişdir.