SON DƏQİQƏ

Avropada yaşayan siyasi mühacirin valideynləri dindirilmək üçün Baş Prokurorluğa çağırılıblar.

Tarix:9-07-2024, 15:28

İcxeber.info mediasına istinad edib xəbər veririki, Avropada yaşayan siyashi mühacir Yusif Rəsulovun valideynləri 2024-cü il 8 iyul tarixində, saat 10:00-da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıblar.

Bu haqda mətbu orqanlara siyasi mühacirin valideynləri - atası Rizvan Rzayev (ad və soyad şərtidir) və anası Elmira Rzayeva (ad və soyad şərtidir) vəkil vasitəsilə məlumat veriblər. Məlumatda qeyd olunub ki, onlarla Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov görüşüb. 

Valideynlərin bildirdiyinə görə, görüş kifayət qədər sərt keçib. İdarə rəisi onlardan Yusif Rəsulovun yerini və hal-hazırda dəqiq olaraq harda yaşadığı barədə dərhal məlumat verməyi tələb edib.

"Nemət Əvəzov bizə bildirdi ki, Baş Polis idarəsindən Baş Prokurorluğa daxil olmuş cinayət materiallarına əsasən, sizin oğlunuz barəsində Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət işi başlanılmış və onun dərhal tutularaq istintaqa cəlb olunması barədə qərar qəbul edilmişdir. Bizə Baş Prokurorluğun xəbərdarlıq sənədini oxudaraq imzalatdırdı və dedi ki, ağlınızı başınıza yığın, daha da pis vəziyyətlərə düşməmək üçün Yusifin yerini bizə bildirin" - deyə Yusif R.-un valideynləri məlumat vermişlər.

Lakin siyasi mühacirin valideynləri israrla onun yerini bilmədiklərini söyləsələr də, idarə rəisi onlara inanmaq istəməmiş və hər ikisini nalayiq ifadələrlə təhqir etmiş, hətta Yusifin atasına əl qaldıraraq, onu itəliyərək yerə yıxmışdır.

Vəkilin bildirdiyinə görə, Yusifin valideynləri artıq müəyyən bir yaş dövründədirlər və hər ikisinin yaşla əlaqədar ciddi xəstəlikləri var.

"Səhhətində ciddi problemlər olan, həmçinin yaşlı nəslin nümayəndələrinə qarşı hüquq-mühafizə orqanının yüksək rütbəli məmuru tərəfindən belə bir davranışın göstərilməsi yolverilməzdir. Hər iki şəxsin bildirdiyinə görə, onlar görüşdən sonra çox ciddi mənəvi və psixoloji travmalar almışlar, və dünəndən özlərinə gələ bilmirlər, yaşadıqları ünvana hər ikisinin səhhətindəki problemlər irəlilədiyi üçün bir neçə dəfə təcili-tibbi yardım çağırılmışdır. Dövlət məmurunun öz səlahiyyətlərini aşaraq vətəndaşa qarşı belə bir kobud və vandal münasibət göstərməsi ilə əlaqədar olaraq tərəfimizdən, hər iki şəxsin adından Baş Prokurorluğa sorğu göndəriləcək və hadisə öz təsdiqini taparsa bu hadisəni törədən şəxs barəsində məhkəməyə müraciət ediləcəkdir" - deyə vəkil bildirmişdir.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN