SON DƏQİQƏ

İmişli etirazlarında saxlanılanların həbsdə qalma müddəti daha da uzadılıb.

Tarix:7-04-2025, 17:00

Bu ilin əvvəlində İmişli rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində uşaqların (ikisi hadisə günü, bir daha sonra) vəfatından sonra baş verən etirazlarla bağlı tutulan 14 nəfərin həbs müddəti daha 1 ay artırılıb.
Bununla bağlı istintaq orqanının təqdimatını İmişli rayon Məhkəməsi təmin edib. Bundan əvvəl yanvarın 22-də məhkəmə saxlanılan şəxslərin hər biri barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçmişdi.

21 yanvar

İmişlidə 17 yaşlı sürücü həbs edilib

İmişli rayonunda azyaşlıların ölümünə və kütləvi etirazlara səbəb olan yol qəzası ilə bağlı Baş Prokurorluq məlumat yayıb.
Məlumatda qəza ilə bağlı 17 yaşlı sürücünün həbs edildiyi bildirilir.
"Yanvarın 18-də, İmişli şəhəri ərazisində "Mercedes-Benz" markalı fərdi nəqliyyat vasitəsi və "BMW" markalı Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb", - məlumatda əlavə edilir.
Vurğulanır ki, İmişli rayon sakini, 2008-ci il təvəllüdlü şəxsin qohumuna məxsus "Mercedes Benz 190" markalı avtomobili "...qaçıraraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan sürüb": "Yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olmasına və avtomobili qəza yerində saxlayaraq qaçmasına şübhələr müəyyən edilib... Müstəntiqin vəsatəti əsasında İmişli rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib".
Məlumatda DYP avtomobilinin əməkdaşının taleyi ilə bağlı məlumat verilmir.
Hələlik, rəsmi açıqlamaya həbs edilən şəxsin yaxınları və başqa maraqlı tərəflərdən münasibət almaq mümkün olmayıb.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN