SON DƏQİQƏ

Cəbhəçi gənc həbs olundu FOTO

Tarix:10-01-2017, 16:49

Nicat Nizamov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə məhkəməyə çıxarılıb. O, Suraxanı rayon Məkəməsinin qərarı ilə 10 sutka müddətinə azadlıqdan məhrum edilib.

***

«AXCP fəalı Nicat Nizamov Suraxanı Rayon Məhkəməsinə aparılıb». Bunu AzadlıqRadiosuna partiya sədrinin müavini Gözəl Bayramlı bildirib.

Onun deməsinə görə, məhkəmə prosesi, hələ, başlamayıb: «Bu, artıq, inzibati həbs deməkdir. Sadəcə olaraq bunun 25, yoxsa 30 sutka olacağı məsələsi var, onu da görəcəyik».

Cəbhəçi gəncin polisə müqavimətdə günahlandırıldığı bildirilir.

***

AXCP fəalı Nicat Nizamov bu gün saat 16:00-da Suraxanı polisi tərəfindən saxlanılıb. Hazırda onun Suraxanı rayon Polis İdarəsinin 30-cu  polis bölməsində saxlanıldığı bildirilir. Polis gənc fəalı hansı səbəbdən saxladığı haqda məlumat vermir.

AXCP Gənclər Komitəsi Nicat Nizamovun saxlanması ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

AXCP Gənclər Komitəsinin fəalı Nicat Nizamov bu gün saat 16:00-da yaşadığı evdən Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinə aparılıb. Bəyan edirik ki, Nicat bəy heç bir qanundan kənar əməl törətməyib. Onun saxlanmasını qanunsuz hesab edirik və hökumətin AXCP-yə qarşı sistematik repressiyasının tərkib hissəsi hesb edirik.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN