Avropa Parlamentində Azərbaycanda insdan haqlarının vəziyyəti ilə bağlı dinləmələr başlayır.
Dinləmələr bir qədər qalmış, saat 16:15 radələrində Bakıdan məruzəçi kimi “Skayp”la müzakirələrə qoşulmalı olan jurnalist Xədicə İsmayılın interneti və elektrik xətti kəsilib.
Bu barədə fevralın 6-da jurnalist özünün Feysbuk səhifəsində yazır.
Dinləmələr Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfəri fonunda keçirilir.
Qeyd edək ki, AzadlıqRadioisunun araşdırmaçı jurnalistiXədicə İsmayıl qadağaya görə Azərbaycanı tərk edə bilmir.
Jurnalist 2014-cü il dekabrın 5-də həbs olunmuş və vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı.
Amma o, ittihamları qəbul etmir və korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirirdi.
Xədicə İsmayıl bu il mayın 25-də Ali Məhkəmənin qərarı ilə 3 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzası ilə sərbəst buraxılıb.
Ancaq hakimiyyət onun ölkədən çıxışına icazə vermir.