SON DƏQİQƏ

Məhəmməd Əlioğlu yenidən hədəfdə

Tarix:9-02-2017, 11:01

Bu gün aldığımız məlumata görə 2005-ci ildən aktiv müxalifətçi kimi tanınan, gənclər arasında öz fəaliyyəti ilə seçilən Məhəmməd Əlioğlunun ailəsinə qarşı onunla bağlı təhdidlər edilib. Ailə üzvləri məlumat verməkdən çəkinsə də, ailəyə yaxın olan adamlardan  biri ilə əlaqə qurub hadisənin təfərrüatlarını öyrənməyə çalışdıq. Məhəmməd Əlioğlunun yaxınlarından birinin dediyinə görə, 09.02.2017-ci il tarixində, yəni bu gün PPX-ya aid avtomobil sözügedən şəxsin evinin önündə dayanıb və evdən hər kəsin giriş-çıxışını yasaqlayıb. Xatırladaq ki, Məhəmməd Əlioğlu dəfələrlə mitinq iştirakçısı kimi saxlanılıb və həbs edilib. Bir il öncə də polislər tərəfindən vəhşicəsinə döyüldüyündən bir müddət xəstəxanada müalicə almalı olmuşdu. Bu gün Məhəmməd Əlioğlunu həbs edəcəklərini söyləyən polis əməkdaşları saat 6:00-dan 22:00-a qədər evin önündə növbədə dayanıblar. Hadisə ilə bağlı saytımız DİN mətbuat xidmətindən məlumat almağa çalışsa da, aiddiyyatı orqan tərəfindən heç bir məlumat verilməyib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN