SON DƏQİQƏ

İki gün əvvəl toyu olan dindar “bandotdel”ə aparıldı

Tarix:6-03-2017, 17:37

Dindar Fikrət Məmmədov martın 6-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılıb. İdarənin əməkdaşları onu aparmaq üçün gəlsələr də özü evdə olmayıb, atası Əli Məmmədovu götürüb aparıblar. Özü ilə də əlaqə saxlayaraq, idarəyə gəlməsi tələb olunub.

Məlumata görə, Fikrət Məmmədovun iki gün əvvəl toyu olub. “Xəmsə” şadlıq sarayında keçirilən mərasim dini toy olub. Toyda Müsəlman Birliyi Hərəkatının bir neçə üzvünün də iştirak etdiyi bildirilir. Güman edilir ki, Fikrət Məmmədov və atasının “bandotdel”ə aparılmasının əsas səbəbi də budur.

Xatıqladaq ki, Müsəlman Birliyi Hərəkatının sədri Hacı Taleh Bağırzadədir. İlahiyyatçı 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümünə səbəb olan polis əməliyyatında həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 20 il həbs cəzası verilib.

Taleh Bağırzadə və onunla birlikdə həbs olunan digər dindarlar günahsız olduqlarını, onların heç birində silah-sursat olmadığını, ölən altı nəfərin hamısının da polislər tərəfindən qətlə yetirildiyini bildirilər.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN