SON DƏQİQƏ

Əli Kərimli Rüfət Səfərovu müdafiə etməyə çağırdı

Tarix:11-03-2017, 16:13

AXCP sədri Əli Kərimli siyasi məhbus Rüfət Səfərovun həyatına həbsxanada yaranmış təhlükə və buna görə onun anası Tahirə Səfərovanın aclıq aksiyasına başlaması ilə bağlı cəmiyyətə çağırış edib. AXCP sədri R.Səfərovun özünü müdafiə etməyə və bu ailəyə dəstək verməyə səsləyib. O, feysbuk səhifəsində yazıb:

Rejimin 9 il müddətinə azadlıqdan məhrum edib, həbsxanada belə əl çəkmədiyi, işgəncələrə məruz qoyduğu keçmiş müstəntiq Rüfət Səfərov möhkəmdir və xalqımıza da mesajı var. Rüfət bəy anası ilə son görüşündə deyib: “Möhkəm olun. Allahın köməkliyi ilə iradəm var və seçdiyim haqq yolundan bir addım belə geri durmayacağam. Bunlar məni düşüncələrimdən döndərə bilməzlər. Əqidəm uğrunda sonuna qədər yürüməyə qərarlıyam!”.

Əziz həmvətənlər, demək olar ki, hər gün və hamımız polisləri, müstəntiqləri, prokurorları, hakimləri və digər vəzifəli şəxsləri vicdanlı olmağa, rejimin anti-xalq əməllərində iştirak etməməyə çağırırıq. Elə isə xalqının çağırışını eşidib, rejimin verdiyi imtiyazlardan, vəzifədən imtina edib xalqına qoşulanları qorumaq da bizim borcumuzdur. Rüfət Səfərov prokurorluqda işləyən gənc müstəntiq idi. Çoxları ona həsədlə baxırdı. Rüfət bəy də istəsəydi, vəzifəsində oturub, rüşvət ala-ala, ev yıxa-yıxa karyera pillələrində irəliləyərdi. Ancaq gənc müstəntiqin vicdanı dözmədi. Vicdanının səsi ilə rejimin çirkin cinayətlərinə etiraz etdi. İndi bu üsyankar müstəntiq 9 il müddətinə həbs edilib. Ancaq kinli, qisasçı rejim gənc müstəntiqdən əl çəkmir. Tez-tez karsa salmaqla, soyuq cərimə kamerasında günlərlə ac saxlamaqla Rüfət bəyə işgəncə verirlər. Rüfət bəyin anası Tahirə xanım yatmış vicdanları oyatmaq, rejim tərəfindən oğlunun məhv edilməsinə ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə aclıq aksiyasına başlayıb. Millətini sevən, qürurlu oğul böyütmüş ana bu ağır günlərində ərklə xalqına müraciət edib, azadlıqsevər övladının qisasçılıq zəminində rejim tərəfindən məhv edilməsinə hamımızın etiraz etməsini istəyib.

Tahirə xanımın bir ana kimi hansı iztirabı çəkdiyini təsəvvür etməyə çalışıram. Lakin təsəllimiz odur ki, Rüfət bəy kimi, anası Tahirə xanım da möhkəmdir, oğlunu “palaza bürünüb, ellə sürünməyə”, zalımlar qarşısında ağ bayraq qaldırmağa çağırmır, onunla fəxr edir. Tahirə xanım yazır: “Əhsən sənə övladım. Südümü halal edirəm. Oğluma qarşı aparılan bu işgəncələrdən geri durmaqlarını tələb edirəm. Allahsızlıq etməyin, sizlərin də övladları var. Azərbaycan analarına, bacı və qardaşlarıma səslənirəm. Səsimə səs verin. Məni tənha qoymayın”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN