SON DƏQİQƏ

İran prezidentliyinə namizədlər platformalarını açıqladı

Tarix:29-04-2017, 11:38

İranda prezident seçkilərində namizədliyi təsdiq olunan 6 namizəd bu gün "İRİB kanal 1"dən canlı yayımlanan debatda ictimai məsələlərlə bağlı öz proqram və planlarını açıqlayıb.

Namizədlərdən Mustafa Ağa Mirsəlim İranda nəqliyyat məsələsinin ən mühüm səbəbi ilə bağlı sualı cavablandırıb. O, verdiyi açıqlamada bu sahədəki problemlərin həllinin regional planlaşdırma siyasətinə qayıtmaq, su resurslarından düzgün istifadə etmək və səhralaşma ilə mübarizə aparmaq olduğunu deyib.

İkinci namizəd İbrahim Rəisi sinfi parçalanma ilə mübarizə və sosial ədaləti artırmaqla bağlı öz həll və planlarını bildirib. Rəisi ictimai ədalətin İranın mühüm hədəflərindən olduğunu, sinfi ayrı-seçkiliyi azaltmaq üçün həll yolunun cəmiyyətin aşağı gəlirli təbəqələrinin subsidiyanı artırmaq və aşağı maaş alanlardan az vergi alınmalı olduğunu qeyd edib.

İran prezidentliyinə namizədlərdən Mustafa Haşimi Taba isə mənzil probleminin həlliylə bağlı planını danışıb. Taba mənzil probleminin məşğulluq, kredit və kiçik evlərin inşası ilə həll ediləcəyini, ancaq bunun üçün iqtisadiyyatın yaxşılaşması və milli gəlirin artmasının şərt olduğunu bildirib.

Həsən Ruhani  gənclərin evlənmə probleminin həlli, evlilik nisbətinin davamlı artımı üçün məşğulluq və iş imkanı yaradılmasına ehtiyac olduğunu qeyd edib. Ruhani sosial və digər problemlərin həlli üçün gələcəyə ümid yaradılmalı olduğunu qeyd edib.O, İndiki vəziyyətdə cəmiyyətdə iş şəraitinin yaxşılaşdığını qeyd edib.

5-ci namizəd İshaq Cahangiri də bürokratiyanın azaldılması və icra orqanlarının fəaliyyətini artırmaqla bağlı öz proqramı açıqlayıb. İshaq Cahangiri xalqın məmnuniyyətini artırmaq çərçivəsində elektron dövlətin tamamilə tətbiq edilməli olduğunu vurğulayıb. İran prezidentliyinə namizədlərdən Məhəmməd Baqir Kalibaf isə hava çirklənməsi, iqlim dəyişikliyi, quraqlıq kimi ekologiya problemləri ilə fəal mübarizə həlli ilə bağlı öz proqramını diqqətə çatdırıb. O, bu gün iqtisadi böhranın ictimai məsələlər üzərində ciddi təsir buraxdığını və ekoloji böhranın da İranın ciddi problemlərindən olduğunu qeyd edib.

Gələn həftə daha iki canlı debat keçiriləcək.

Qeyd edək ki, İranda 12-ci prezident seçkiləri mayın 19-da təşkil olunacaq.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN