SON DƏQİQƏ

Rəcəb Tayyib Ərdoğan 979 gündən sonra yenidən AKP sıralarına qayıdıb

Tarix:2-05-2017, 15:35

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 979 gündən sonra yenidən hakim Ədalət və İnkişaf Partiyasına (AKP) üzv olub.

 O, mayın 2-də AKP-nin Türkiyə Böyük Millət Məclisindəki fraksiyasının toplantısında çıxış edib.

Qeyd edək ki, R.T.Ərdoğan 2001-ci il avqustun 14-dən 2014-cü il avqustun 27-dək bu partiyanın üzvü olub. O, prezident seçildikdən sonra qanunun tələbi ilə AKP-dən çıxıb.

Konstitusiyaya edilən dəyişikliklərə əsasən, artıq Türkiyə prezidenti siyasi partiyaya üzv ola bilər. AKP-nin mayın 21-də keçiriləcək fövqəladə qurultayında R.T.Ərdoğanın yenidən AKP sədri olması məsələsinə baxılacaq.

Xatırladaq ki, 1960-cı il mayın 27-dək Türkiyə prezidenti partiyalı olub. 1961-ci ildə qəbul edilən yeni konstitusiyada ölkə prezidentinin partiya mənsubiyətinin olmaması haqda maddə təsbit edilib. 1982-ci ildə qəbul edilən əsas qanunda da bu qadağa mövcud olub. 
Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürk də həm partiya sədri, həm də prezident olub.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN