“Rəsmi İrəvan ölkə ərazisində xarici dövlətin yeni hərbi bazasını açmağı planlaşdırmır”.
Bunu Ermənistanın müdafiə naziri Vigen Sarkisyan “İnterfax”a müsahibəsində bildirib.
O, Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının modernləşdirilməsini istədiklərini söyləyib: “Ermənistan ərazisində başqa dövlətin hərbi bazasının açılması məsələsi hazırda müzakirə edilmir. Rusiya tərəfdən də bizə belə təklif gəlməyib”.