ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri gözlənilir. Trend-in məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib.
O qeyd edib ki, həmsədrlərin səfərindən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə ehtiyac olub-olmaması barədə qərar qəbul ediləcək.