SON DƏQİQƏ

Azərbaycan XİN-dən Kabildəki terror aktı ilə bağlı BƏYANAT

Tarix:31-05-2017, 14:11

"Biz Kabildə baş verən terror aktını qınayırıq".

SonXəbərlər Trend-ə istinadən bildirir ki, bu Azərbaycan Xarici İşlər Nazirliyinin bu gün Əfqanıstanın paytaxtı Kabildə baş verən terror aktı ilə bağlı "Twitter" səhifəsində yayılan bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Bizim qəlbimiz qurbanların ailələri ilədir. Yaralılara tezliklə sağalmağı arzulayırıq".

Qeyd edək ki, bu gün Əfqanıstanın paytaxtı Kabildə diplomatik nümayəndəliklərin yaxınlığında minalanmış avtomobil partladılıb. Son məlumatlara görə, terror aktı nəticəsində 90 nəfər ölüb, 380 nəfər yaralanıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN