SON DƏQİQƏ

Tramp fikrindən vaz keçdi

Tarix:1-06-2017, 12:15

ABŞ prezidenti Donald Tramp İsraildəki Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsini daha yarım il müddətinə dondurmaq niyyətindədir.

SonXəbərlər Trend-ə istinadən bildirir ki, bu haqda ABŞ-ın NBC telekanalı xəbər verir.

Məlumata görə, Ağ evin başçısı diplomatik nümayəndəliyi Təl-Əvivdə saxlamağa imkan verəcək veto hüququndan istifadə etmək istəyir.

Qeyd edək ki, ABŞ səfirliyinin Qüdsə köçürülməsi barədə qanun hələ 1995-ci ildə ABŞ Konqresi üzvləri tərəfindən qəbul olunub.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN