SON DƏQİQƏ

Azərbaycan İslam Partiyası İran xalqına başsağlığı verdi

Tarix:8-06-2017, 10:20

AİP Tehran şəhərində baş verən qanlı terror hadisələri nəticəsində şəhid olan insanlara görə İranın Ali Dini Rəhbəri Seyid Əli Xameneyi Cənablarına, İran xalqına başsağlığı verib.

 

Bu barədə qurumun Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir.

 

“İslam düşmənlərinin ölkənizə qarşı xəbis niyyəti aşkar xarakter alır. İran İnqilabının rəhbəri Həzrət Xomeyninin (r.ə) hərəminə olan həmlə İran inqilabına, ölkənin qanunverici orqanı olan İran Parlamentinə silahlı basqın İran dövlətçiliyinə, çoxsaylı insan axını olan metroda terrora cəhdi  isə geniş kütləyə qarşı yönəlmiş xain düşmən cəsarəti kimi qiymətləndiririk. Hesab edirik ki, bu cür niyyətlənmiş addım təkcə İŞİD terrorçularının çürük düşüncələri ilə deyil, onların himayədarları tərəfindən  planlaşdırılmış, təlimat  verilmiş və hazırlanmış bəşəri cinayət aktıdır.

 

İnanırıq ki, müsəlmanlara qənim kəsilmişlər törətdikləri terrorla qardaş İran xalqının birliyinə, vətənsevərliyinə heç bir xətər yetirə bilməzlər. Şəhidpərvər İran xalqı ona qarşı yönəlmiş hər hansı bir təhlükəni vüqarla dəf edəcək, bu kimi təhdidlərin qarşılığında daha da sıx birləşərək düşməni məyus edəcəkdir.

 

Azərbaycan İslam Partiyasının bütün üzvləri, dini cameə adından şəxsinizə, terror  zamanı şəhid olanların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara  Allah-Təaladan şəfa diləyir, terrordan zərər çəkən İran xalqına sülh, əmin-amanlıq, həmişə olduğu qalibiyyət əhval- ruhiyyəsi arzulayırıq.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN