SON DƏQİQƏ

"Status-kvo"nu dəyişməyin vaxtı çatıb - Elmar Məmmədyarov

Tarix:12-06-2017, 15:49

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud sənəd üzərində danışıqları davam etdiririk".

 

 

 

Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Estoniyanın xarici işlər naziri Sven Mikserlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

 

 

 

O bildirib ki, Sankt-Peterburq görüşündə, aprelin 29-da Moskvada görüşündə də eyni sənəd üzərində danışıqlar aparılıb.

 

 

"Həmin sənədə əsasən münaqişənin həlli istiqamətdə irəliləməyin yollarını müzakirə etdik. Biz istəyirik ki, danışıqlar substantiv olsun. Azərbaycanın mövqeyi bəllidir. "Status-kvo"nu dəyişməyin vaxtı çatıb. Prezidentlər və həmsədrlər də deyir ki, "status-kvo" qəbuledilməzdir", - deyə nazir qeyd edib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN