Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə “Qüds Günü və Qarabağ” mövzusunda Dəyirmi Masa keçirilib.
Tədbirdə QAT sədri Akif Nağı, DEVAMM sədri İlqar İbrahimoğlu, AİP-in sədr əvəzi İlham Əliyev və digər ictimai-siyasi nümayəndələr iştirak ediblər.
İlk öncə çıxış edən QAT dərdi Akif Nağı bildirdi ki, Beynəlxalq Qüds Gününün növbəti dəfə dünyanın müxtəlif yerlərində qeyd olunması xüsusi əhəmiyyət daşıyır və bu günün problemləri ilə səsləşir: "Bu gün bütün dünya böyük problemlər, qarşıdurmalar içərisindədir, hər yerdə təcavüz, terror, zor hərəkətləri baş verir. İslam dünyası, müsəlman ölkələri isə daha ağır vəziyyətdə, acınacaqlı durumdadır, Qərb dünyasının, işğalçı və terrorçu rejimlərin birbaşa basqısı altındadır. Fələstinin işğalı davam etdirilir, Misir, İraq, Suriya, Liviya, Yəmən və digər ölkələr od-alov, dağıntılar, fəlakətlər, məhrumiyyətlər içərisindədir. Azərbaycanın əraziləri hələ də işğal altındadır. Türkiyə beynəlxalq mərkəzlərin, terror maşınlarının dəhşətli məngənəsində zülm çəkməkdədir. İran beynəlxalq güclərin təhdid və təzyiqlərindən hələ də əziyyət çəkir. İşğal altında olan Qarabağımızın zadlığıl üçün Qərb dövlətlərinə olan ümidlərindən əl çəkməli, yalnız müsəlman dövlətlərinin dəstəyinə arxalanaraq Qarabağımızın azadlığına nail olmalıyıq.”
DEVAMM sədri İlqar İbrahimoğlu isə Qüds Gününü ictimai-siyasi əhya adlandırdı: «Qüds Günü son əsrlərdə dünyada gedən dini inancı, Allaha etiqadı kənara qoyan dünya sisteminə qarş bir etirazdır. Qüds günü tövhidin təzahürüdür».
AİP-in sədr əvəzi İlham Əliyev isə çıxışında bildirdi ki, dünyada gedən siyasi proseslər daha çox ədalətsizlik, güclünün gücsüzə zülmü ilə müşahidə olunur: “Qüds Günü bu ədalətsizliklərə qarşı etiraz günüdür. Qüds Günü Qarabağ günüdür, Şuşa günüdür, Fələstin günüdür. Bu simvolik olaraq seçilmiş addır”.