SON DƏQİQƏ

ABŞ-ın Rusiyadakı səfiri XİN-ə çağırılıb

Tarix:28-07-2017, 16:40

ABŞ-ın Rusiyadakı səfiri Con Tefft bu gün Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya XİN xəbər verib. Məlumata görə, amerikalı diplomat nazirliyə dəvət olunub və ona XİN-in bəyanatı təqdim olunub.

Bəyanatda Amerika diplomatlarına münasibətdə Rusiya tərəfinin cavab tədbirləri, eləcə də müvafiq diplomatik xəbərdarlıq notaları əks olnub.

Qeyd edək ki, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN