SON DƏQİQƏ

Roqozinin Moldova hədəsi - sırada hansı ölkədir?

Tarix:1-08-2017, 13:01

Ekspert: “Azərbaycan Rusiya ilə bağlı istənilən məsələni diqqətdə saxlamalıdır”

Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Moldovaya səfər edərkən Rumıniya ərazisindən buraxılmaması qalmaqal yaradıb. Ölkəsinə qayıdan baş nazirin müavini “Rossia 24" telekanalına hədələrlə dolu müsahibə verib.

“Əgər Dnestryanı bölgədə Rusiya vətəndaşının başından bir tük əskik olsa, cavab çox sərt olacaq... Bu bölgədə 200 mindən çox Rusiya vətəndaşı yaşayır və Kişinyov bunu yaddan çıxarmamalıdır”- deyə, Roqozin bildirib.

Beynəlxalq qanunları ayaqlar altına ataraq, Dnestryanı bölgədəki ruslara vətəndaşlıq hüququ verən Kreml rəsmisinin hədələri Azərbaycanda da narahatlıq doğurub. Çünki Dağlıq Qarabağ münaqişəsi də Rusiya tərəfindən yaradılıb və idarə olunur. Belə təəssürat yaranır ki Moskva Roqozinin dilindən Krım, Abxaziya və Cənubi Osetiyanın ardınca Moldovanın Dnestryanı bölgəsini də işğal edəcəyinin anonsunu verir.

Roqozinin müsahibəsi Rusiyanın həmsərhəd ölkələrində qanunsuz verilən Rusiya vətəndaşlığı, yaxud qanunsuz paylanan Rusiya pasportları məsələsini yenidən gündəmə gətirib. Bu zaman Krım, Abxaziya və Cənubi Osetiyanın işğalı önə çəkilir və vaxtilə Rusiyanın bu bölgədəki ruslara qanunsuz pasportlar payladığına diqqət yetirilir. Azərbaycanın da məsələdə ayıq-sayıq olmasının vacibliyi vurğulanır.

Politoloq Elçin Mirzəbəyli Moldovanın uzun illərdir təhlükələr yaşadığını bildirdi: “Roqozinin Moldovaya buraxılmaması Rusiya baş nazirinin müavinin Dnestryanı bölgədə rus hərbçilərinin və separatçılarım keçirmək istədikləri hərbi paradda iştirakla bağlıdır. Dnestryanı ilə bağlı imzalanmış atəşkəs müqaviləsinə əsasən Rusiyanın bölgədəki hərbi mövcudluğunun ömrü başa çatıb və rus hərbçiləri bölgəni tərk etməlidirlər. Lakin göründüyü kimi, Moskva öz öhdəliyinə əməl etmək istəmir.

Картинки по запросу Politoloq Elçin Mirzəbəyli

Belə olduğu təqdirdə Moldovanın da adekvat tədbirlər həyata keçirməkdən başqa yolu qalmır. Roqozinin hədələri çox ciddi problem qarşısında qalan və ətrafındakı həlqə daralmaqda olan bir ölkənin hərbi-sənaye kompleksini himayə edən rəsmisinin qəzəbindən başqa bir şey deyil. Artıq kimsə Rusiyanın təxribatlarına dözmək istəmir. Rusiya vətəndaşları ilə bağlı məsələ də Kremlin oynanılmış kartıdır və çətin ki, işə yarasın. Artıq bütün dünya Rusiyanın nə istədiyinin fərqindədir. Moskva postsovet məkanını yenidən öz nəzarətinə almaq istəyir. Roqozinlərin təyyarələri Moldovaya, yaxud başqa bir əraziyə buraxılsa da, buraxılmasa da Rusiya öz niyyətindən əl çəkməyəcək. Proseslərin gedişi onu göstərir ki, anti-Rusiya koalisiyasının yaranması qaçılmazdır və Kremlin əzələ nümayişi onun tamamilə təklənməsinə gətirib çıxara bilər. De-fakto Rusiya tərəfindən işğal edilmiş ərazilərdə yaşayan insanlara Rusiya pasportunun paylanılması Moskvanın ilhaq üçün hüquqi baza, təxribat üçün bəhanə hazırlamasına xidmət edir. Moldova bu təhlükəni artıq uzun illərdir ki, yaşayır. Həm də təkcə Dnestryanıda yox. Eyni problemlər Qaqauziyada var. Moskva bölgənin qaqauz əhalisinin bir hissəsini də öz tərəfinə çəkməyi bacarıb və Qaqauz Yerinin Konstitusiya ilə təsbit olunmuş statusu Moldovanın Avropa İttifaqına inteqrasiyası üçün ən böyük maneədir. Reallıq ondan ibarətdir ki, Moldovada Rusiyanın öz iddialarından əl çəkməyəcəyini yaxşı başa düşürlər. Bu baxımdan da müqavimət göstərmək məcburiyyətindədirlər”.

Politoloq Rusiyanın Azərbaycan vətəndaşlarına da pasportlar paylamaq cəhdinin olduğunu vurğuladı: “Rusiya Azərbaycan vətəndaşlarına pasport paylamağa cəhd göstərib. Elə indinin özündə də Azərbaycanda Rusiya pasportunu daşıyan şəxslər yaşayırlar. Azərbaycan bu problemi hüquqi müstəvidə həll edib. Ölkəmizdə ikili vətəndaşlıq qadağandır. Amma bununla yanaşı, bir sıra sahələrdə də hüquqi tənzimləmələrə ehtiyac var. Qənaətimə görə, başqa ölkənin vətəndaşlığını qəbul edən şəxslərin torpaq üzərindəki mülkiyyətinin dərhal ləğv edilməsinə imkan yaradan hüquqi mexanizmlər yaradılmalıdır. Bu məsələdə manipulyasiyaya imkan verən bütün proseslərin qarşısının alınmasına ehtiyac var. Azərbaycan Rusiya ilə bağlı istənilən məsələni diqqətdə saxlamalıdır”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN