SON DƏQİQƏ

Suriya böhranı Tehranda həll oluna bilər

Tarix:7-08-2017, 12:08

Elxan Şahinoğlu: “Suriyada Rusiya, Türkiyə və İranın varlığından başqa digər oyunçular da var”

Rusiya, Türkiyə və İranın xarici işlər nazirləri 8-9 avqust tarixlərində Tehranda görüşəcəklər. Görüşdə Suriyada atəşkəs zonalarında atəşkəsin qorunması və möhkəmləndirilməsi məsələsi müzakirə ediləcək. Bu barədə APA TASS agentliyinə istinadən məlumat yayıb.

İlk olaraq, görüş barədə ASEAN forumu ilə əlaqədar Manilada olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlum verib. O bildirib ki, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşündə Suriya böhranının tənzimlənməsi ilə bağlı Astana prosesi çərçivəsində əldə olunmuş razılaşmaların yerinə yetirilməsi müzakirə olunub. Eyni zamanda 8-9 avqust tarixlərində Suriyada atəşkəs zonalarında atəşkəsin möhkəmləndirilməsi ilə bağlı Rusiya, Türkiyə və İran təmsilçilərinin görüşünə hazırlıq müzakirə olunub.

Gözlənilən bu görüş barədə yayılan xəbərlərin ardından Suriya probleminin həllində üç ölkənin XİN rəhbərinin Tehran toplantısının mühüm rol oynayacağı ilə bağlı fikirlər səslənməyə başlayıb. Ekspertlər Qərbsiz keçəcək bu görüşün Rusiya, Türkiyə və İranın Avropa dövlətləri ilə münasibətlərinə növbəti zərbəni vuracağını düşünürlər. Çünki faktiki olaraq, Suriya probleminin həllində əsas söz sahibi olan güclər Amerika başda olmaqla, Tehran görüşü ilə ofsayda qalırlar.

Картинки по запросу Politoloq Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu bildirdi ki, Türkiyə, Rusiya və İranın Suriya məsələsində əməkdaşlığı səmərə verir. Məhz bu üçlüyün vasitəçiliyi nəticəsində Suriyada “hamının hamıya” qarşı mübarizəsinə son verildi. Bu üçlük Suriya rejimi ilə silahlı müxalifətin bir-birinə qarşı müharibəsini böyük ölçüdə əngəllədi. Bundan başqa bu qüvvələr arasında atəşkəsə nail olundu. Atəşkəs bəzən pozulsa da, böyük ölçüdə qorunur. İndi önəmli olan həm atəşkəs rejiminin daimiliyini təmin etmək, həm də hakimiyyətli müxalifətli bütün qüvvələrin terrorçulara qarşı mübarizəsini təşkil etməkdir. Bu görüş əhəmiyyətli olsa da, Suriyanın gələcəyinin müəyyənləşməsi baxımından həlledici də deyil. Çünki Suriyada Rusiya, Türkiyə və İranın varlığından başqa digər oyunçular da var. Bunlar Səudiyyə Ərəbistanı, Qətər, İordaniya və ABŞ-dır. Bu ölkələrin də Suriyadakı qüvvələrə müəyyən təsir imkanları var. Ona görə də bu ölkələri maraqlarına cavab verməsə Türkiyə-Rusiya-İran üçlüyünün planlarını poza da bilərlər. Bu səbəbdən adı çəkilən üçlük başqa oyunçuların da maraqlarını nəzərə almaq məcburiyyətindədir. Əks halda atəşkəs də pozula bilər, Suriya rejiminə qarşı silahlı müqavimət də güclənə bilər”.


Politoloq Qərbin üç dövlətin Suriya məsələsi ilə bağlı planlarını poza biləcəyini də qeyd etdi: “Qərb dedikdə Amerikanı nəzərdə tutmaq lazımdır. Çünki Qərbin digər hissəsi – Avropa İttifaqı bu ittifaqa daxil olan ölkələrin Suriyadakı proseslərə təsir imkanları minimumdur. Amerikanın isə təsiri altında müəyyən silahlı birliklər var. Amerika son illər Suriyadakı kürdlərə verdiyi dəstək sayəsində bu ölkədə hərbi varlığını artırıb. Ona görə də danışıqların gedişatı Amerikanın da istəklərinə cavab verməlidir, əks halda Amerika öz əlaltıları vasitəsilə Ankara, Moskva və Tehranın planlarını poza bilər. Əsas odur ki, bütün qüvvələr terrorçulara qarşı savaşsınlar. Ancaq sonrası da vacibdir – Müharibədən sonrakı Suriya necə olacaq və bu ölkəni kim idarə edəcək? Bax bu suala cavab ətrafında fikirlər haçalanacaq, hətta Türkiyə-Rusiya-İran üçlüyü arasında da ciddi mübahisələrin yaranacağı mümkündür”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN