SON DƏQİQƏ

Serj Sərkisyanın baş nazirliyi məsələsi artıq rəsmi dillərdən səslənməyə başlanıb

Tarix:14-08-2017, 15:35

Ermənistanın hakim Respublika partiyasının idarə heyətinin üzvü Ovannes Saakyan bu günlərdə Serj Sərkisyanın siyasi gələcəyi ilə bağlı açıqlama verib.

Bu günlərdə dövlət sosial təminat xidmətinin rəisi vəzifəsinə təyin olunan Saakyan “Azatutyn tv”-yə verdiyi müsahibədə 2018-ci ildə baş nazirin kim olacağını ona məlum olmadığını söyləməsi diqqət çəkib. Saakyan bununla bağlı partiyasında müzakirələrin hələ başlanmadığını söyləyib.

“Əgər bizim siyasi komandamız prezident Serj Sərkisyanın hökumətə rəhbərlik edəcəyinə qərar versə, heç kim dava-dalaş salan deyil. Mənim fikrimcə, Sərkisyanın prezident olduğu illərdə əldə etdiyi təcrübə və qoyduğu iz onu bu vəzifəni tutmağa layiq edir”, - Saakyan qeyd edib

Qeyd etmək lazımdır ki, Saakyan əvvəllər parlamentdə dövlət-hüquq komissiyasının sədri vəzifəsində çalışıb.
Erməni siyasətçi müxalifətin ictimaiyyətin Serj Sərkisyanın baş nazirliyinin qəti şəkildə əleyhinə olduğu barədə söyləmlərini heç bir sosial sorğuya söykənməyən, adi siyasi bəyanat adlandırıb.

Картинки по запросу ovannes saakyan

Ovannes Saakyan

Ermənistanın hakim partiyasının idarəçisi gələcək ildə ölkənin tam şəkildə parlament idarəçiliyinə keçəcəyini xatırladaraq hökumət sədri postuna xarici təhdidlərin qarşısında dayana biləcək adamın gətirilməsinin vacibliyini vurğulayıb. Keçmiş deputatın fikrincə, bu adam Serj Sərkisyandan başqası deyil.

Ovannes Saakyan kimi Serj Sərkisyana yaxın, həm də rəsmi kimlik daşıyan şəxsin dilindən bu sözlərin səslənməsi Karen Karapetyanın hökumət başçısı vəzifəsində çox qalmayacağını göstərir.

Ermənistan mətbuatı da eyni fikirdədir.

Erməni yazar Sərkis Artsruni də “Karapetyanın ilk və son məzuniyyəti” adlı yazısında bunu qeyd edib.

Müəllif Karen Karapetyanın avqustun 14-də Qazaxıstana edəcəyi rəsmi səfərdən sonra 3 günlük məzuniyyət götürdüyünə diqqət çəkərək onun məzuniyytə deyil, istefaya çıxması gərəkdiyini yazıb.

 

Karen Karapetyan

“Əgər Karapetyanın abır-həyası olsaydı, Serj Sərkisyana məznunyyət barədə deyil, istefa haqqında ərizə yazardı. Hər halda Ermənistan bununla ölkədə yaradılan süni gündəmlərdən qurtulmuş olardı. Ən əsası bu “təcrübəli menecer”in Ermənsitan iqtisadiyyatını “düzəldəcəyi” və “islah edəcəyi”, habelə ölkəni oliqarxiyanın və korrupsiyanın caynaqlarından qoparacağı barədə yaradılan illüziyalara son verilərdi.

Ermənistanın parlamentdən kənar qalan müxalifəti də Sərkisyanın baş nazir olaraq yenidən zühuruna qarşı ayaqlanmaq niyyətindədir.
Erməni mətbuatının verdiyi xəbərə görə, parlamentdə ağır məğlubiyyətə uğrayan “İrs partiyasının sədri Raffi Ovannisyan, keçmiş müdafiə naziri Seyran Ohanyan və keçmiş xarici işlər naziri Vardan Oskanyan yeni siyasi ittifaqı yaratmaq barədə müzakirələr aparırlar.

Bununla bağlı “İrs” parityasının liderlərindən Suzanna Muradyan mətbuata xəbər verərək əsas məqsədlərinin Serj Sərksiyan iqtidarının yenilənmiş şəkildə bərpa olunaraq uzun illlər hakimiyyətdə qalmasına qarşı mübarizə etmək olduğunu təsdiqləyib.
Muradyan ölkənin böhran həddində olduğunu, emiqrasiyanın və xarici borcun fəlakət dərəcəsində artdığını qeyd edərək, Serj Sərksiyanın hakimiyyətə qalmasının ölkə üçün milli təhdidə çevrildiyini söyləyib.

Suzanna Muradyanın sözlərinə görə, artı sentyabr ayından başlayaraq müxalifət küçə mübarizəsi yolunu seçəcək.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN