SON DƏQİQƏ

“Gürcülər Poroşenkoya hörmətsizlik etdilər”- Mixail Saakaşvili

Tarix:19-07-2017, 17:39

Ukrayna Prezidenti Pyotr Poroşenkoya Gürcüstana səfəri zamanı hörmətsizlik edilib.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Feysbuk hesabında yazıb.

“Prezidentlik müddətimdə heç vaxt elə bir hal olmayıb ki, Ukrayna prezidentini və ya baş nazirini hava limanında qarşılayıb, oradan yola salmayım. Bu dəyərsiz gürcü hökuməti isə Poroşenkonu qarşılamağa təhsil nazirini göndərib. Ukrayna prezidentinə qarşı bu cür “buraxma” (cinayət jarqonu anlayışı, məhbusun passiv homoseksuala çevrilməsini ifadə edir) mənim xoşuma gəlmir”, - deyə Saakaşvili yazıb.

Rusiya mətbuatında yer alan digər bir xəbərə görə, Ukrayna Prezidenti Pyotr Poroşenko Tiflisdə mətbuat nümayəndələri ilə görüşü zamanı üzərində “Gürcüstan-Ukrayna biznes forumu” yazılmış lövhə qarşısında çıxış etməyə məcbur olub.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN